Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

DÜNYA 06 may 2024, 23:45

Çin Fələstinin Birləşmiş Millətlər Təşkilatına tam üzvlüyünü dəstəkləyir.

APA xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü və xarici işlər nazirinin müavini Hua Çunyinq bildirib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransada keçirdiyi görüşlərdə Fələstin-İsrail münaqişəsi ilə bağlı bildirib ki, aktual vəzifə hərtərəfli atəşkəsin mümkün qədər tez həyata keçirilməsidir.

"Əsas prioritet humanitar yardımın təmin edilməsidir və əsas çıxış yolu isə iki dövlətli həllin həyata keçirilməsidir. Çin Fələstinin Birləşmiş Millətlər Təşkilatına tam üzvlüyünü dəstəkləyir. Çin Aİ ilə birgə iki dövlətli həll yolu üçün vaxt cədvəli və yol xəritəsini təyin etmək və Fələstin məsələsinin tezliklə həlli istiqamətində hərtərəfli, ədalətli həll yolunu təşviq etmək üçün mümkün qədər tez keçiriləcək daha geniş əsaslı, nüfuzlu və effektiv beynəlxalq sülh konfransını dəstəkləməyə hazırdır", - çinli diplomat vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 may 2024, 12:15
Top