Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb

HADİSƏ 19 may 2024, 13:20

Cəlilabadda yeniyetmə 4 bıçaq xəsarəti alıb.

APA - nın cənub bürosunun verdiyi xəbərə görə Cəlilabad rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində bıçaqlanıb. Onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurulduğu bildirilir.

Yeniyetmə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yarası və sağ budun yuxarı 3/1-nin yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top