Husilər Qırmızı dənizdə tankerə hücum edib

DÜNYA 19 may 2024, 09:16

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər Qırmızı dənizdə Çinə üzən tankerə hücum edib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumatına görə, zərbə nəticəsində gəminin bəzi hissələrinə su dolub, tanker hərəkətini dayandırıb.

Bildirilib ki, tanker Qırmızı dənizdə Panama bayrağı altında hərəkət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top