HƏMAS İsraillə atəşkəsə razılaşdı

GÜNDƏM 06 may 2024, 21:07

Fələstinin HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinə Qəzza zolağında atəşkəsin yaradılması üçün təklif etdikləri saziş layihəsini bəyəndikləri barədə məlumat verib.

Müvafiq bəyanat hərəkatın rəsmi “Telegram” kanalında dərc olunub.

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı apararaq hərəkatın təklif edilən atəşkəs sazişi layihəsini təsdiqlədiyini bildirib”, - məlumatda qeyd edilib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 may 2024, 12:15
Top