Seyid İbrahim Rəisi: "İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür"

GÜNDƏM 19 may 2024, 14:59

"Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir".

AZƏRTAC xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimində çıxışı zamanı İran Prezidenti Seyid İbrahim Rəisi deyib.

O bildirib ki, bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top