Çin Almaniya səfirini nazirliyə çağırdı

DÜNYA 26 apr 2024, 19:53
Almaniyada Çinə casusluq iddiası ilə 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Səfir “X” sosial media hesabından açıqlama verib.

O, açıqlamasında bu vəziyyətə ölkəsinin münasibətini çatdırmaq üçün yaxşı fürsət kimi şərh edib.

Həmçinin, ölkədən asılı olmayaraq Almaniyanın casusluğa qarşı olduğunu və ittihamlara müstəqil məhkəmənin qərar verəcəyini qeyd edib. 

Xatırladaq ki, aprelin 22-23-də Almaniyada Çin xüsusi xidmətinə casusluqda ittiham olunan 4 alman saxlanılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top