Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

SOSİAL 07 may 2024, 16:47
Keşlə bazarının söküntüsü həyata keçiriləcək.

Demokrat.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Səbəb olaraq isə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinin başlamasını göstəriblər.

Yolun bir hissəsi məhz bazarın ərazisinə düşəcəyi üçün söküntünün həyata keçiriləcəyi bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dəqiqləşdirmə işləri aparılır:

“Hazırda tikinti ərazisinə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. Tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. Bu işlər yekunlaşandan sonra bu barədə dəqiq nə isə demək mümkün olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top