Blinken İsrailə səfər edəcək

DÜNYA 26 apr 2024, 18:14
ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası “KAN” məlumat yayıb.

Məlumata görə, səfər aprelin 30-da baş tutacaq.

Səfər zamanı Blinken İsrail rəsmiləri ilə İsrailin Rəfaha qurudan mümkün hücumu və HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi kimi məsələləri müzakirə edəcək. 

Qeyd edək ki, bu, ABŞ dövlət katibi Blinkenin 2023-cü il oktyabrın 7-dən bəri regiona 7-ci səfəri olacaq.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top