Deputat Bakı adalarının abadlaşdırılmasını təklif edib

İNFRASTRUKTUR 07 may 2024, 12:47
Abşeron yarımadasının ətrafında, Abşeron və Bakı arxipelaqlarına daxil olan Nargin, Cilov və çoxlu sayda mövcud olan adalarda süni adalar yaratmazdan əvvəl normal vəziyyət qurmaq olar.

Demokrat.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu adalar boşdur: "Nargin adasını Bakının ulduzuna çevirmək olar. Burda infrastruktur qurulsa, insanlar axşamlar açıq dənizə gəzintiyə çıxa bilərlər. Bildiyiniz kimi, Nargində vaxtilə 10 minlərlə əsir saxlanılıb. Onların xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyula bilər. Bu məslə illərdir ki, cavabsız qalır",.

Süni adalar yaratmazdan əvvəl o adalarda normal vəziyyət yaratmaq olar. Buna nə maneə olur?

S. Rüstəmxanlı təklif edir ki, əgər adalardakı torpaq neftli, şor torpaqdırsa, onda onlar süni adaların yaradılmasına sərf ediləcək torpaq tökülə bilər: "Həmin adaları abadlaşdıraraq orda gözəl yaşayış yerləri inşa etmək olar. Bu çox vacib məsələdir". (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top