Macarıstan şirkətləri Azərbaycanda dərman istehsal edəcək — Nazir

İQTİSADİYYAT 25 apr 2024, 13:19
2025-ci ildən Macarıstanın iki əczaçılıq şirkətləri Azərbaycanda dərman istehsalına başlayacaq.

Demokrat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclasında bildirib.

O əlavə edib ki, bu müəssisələrdə 90 adda dərman istehsalı planlaşdırılır.

S. Babayev əlavə edib ki, turizm, təhsil, kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişlənir. Bu isə qeyri- neft sektorunda əlaqələrin inkişaf potensialının olduğunu deməyə əsas verir. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top