Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır

SOSİAL 04 may 2024, 21:14

İqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır.

“Report”un Tbilisiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankı (AİB) 57-ci İllik Toplantısı çərçivəsində keçirilən "Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi" seminarında deyib.

"Biz karbon qazı tullantılarının böyük hissəsinin dünyanın o qədər də çox ölkəsinin payına düşməsi faktı ilə məşğul olmalıyıq. Emissiya sahəsində lider olan şirkətlərin sayına baxsaq, bunlar da çoxdur. Buna diqqət yetirsək, onları iqlim proqramına cəlb etməyin yollarını tapacağıq", - nazir deyib.

S.Şərifovun sözlərinə görə, bu çətinliklərin öhdəsindən gəlmək üçün maliyyə resurslarının səfərbər edilməsi vacib məsələdir.

"Ancaq xatırlada bilərəm ki, 2008-ci il qlobal maliyyə böhranından sonra G20 bu problemi həll etmək üçün bir sıra mexanizmlər yaratdıqda dünya çox sürətli hərəkətlər göstərdi. Güman edirəm ki, bu, indi də edilə bilər", - nazir əlavə edib.

"Ancaq xatırlada bilərəm ki, 2008-ci il qlobal maliyyə böhranından sonra G20 bu problemi həll etmək üçün bir sıra mexanizmlər yaratdıqda dünya çox sürətli fəaliyyət göstərdi. Güman edirəm ki, bu, indi də edilə bilər", - nazir vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top