İranda partlayış: 2 nəfər həlak oldu

REGİON 26 apr 2024, 20:05
İranın Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin PUA ilə hücumu nəticəsində 2 nəfər həlak olub.

Demokrat.az
xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “İRNA” məlumat yayıb.

Məlumata görə, vilayətin “Şuru” bölgəsində terrorçulara aid olan avtomobil təhlükəsizlik qüvvələri tərəfindən PUA ilə hədəfə alınıb. 

Hücum nəticəsində avtomobildə olan iki nəfər həyatını itirib.

Qeyd edək ki, hücumda öldürülən terrorçuların hansı təşkilata mənsub olduğu açıqlanmayıb. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 may 2024, 19:40
Top