Dilan Polat haqqında yeni QƏRAR

REGİON 06 may 2024, 18:15
Həbsdə olan türkiyəli fenomen Dilan Polat Ədliyyə Tibb Qurumuna göndəriləcək.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu qərar qəbul edib.

Bildirilib ki, Dilan Polatın vəkili onun sağlamlığı ilə əlaqədar prokurorluğa ərizə yazıb.

Ərizədə, Polatın həbsdə qalmasının münasib olmadığı bildirilib və onun azadlığa buraxılması istənilib. 

Baş Prokurorluq müraciəti qiymətləndirərək Dilan Polatın ən yaxın məhkəmə tibb müəssisəsinə göndərilməsinə qərar verib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top