Ermənistan xarici işlər naziri Macarıstana səfər edəcək

REGİON 05 may 2024, 18:00
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 6-da Ermənistan XİN rəhbəri Mirzoyan Macarıstana rəsmi səfər edəcək. Səfər çərçivəsində Ararat Mirzoyan Macarıstanın yüksək səviyyəli rəsmiləri, o cümlədən XİN rəhbəri Peter Siyarto ilə görüşlər keçirəcək.

Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top