Əlisa Nicatla bağlı ŞAD XƏBƏR

GÜNDƏM 01 dek 2022, 16:08
Yazıçı Əlisa Nicatla bağlı məsələni Azərbaycan Yazıçılar Birliyi (AYB) rəhbərliyinin diqqətinə çatdırmışam. Ona birdəfəlik yardım ediləcək. Bu yardımın məbləğinin nə qədər olacağını bilmirəm.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu deyib.

O bildirib ki, Ə.Nicatın adı Prezident təqaüdü alması üçün siyahıya salınacaq:

“Bundan başqa, özümüz də imkanımız çatdığı qədər yardım edərik”.

Qeyd edək ki, ötən gün “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında tanınmış yazıçı, tarixçi Əlisa Nicatın maddi yardıma ehtiyacı olması barədə paylaşım edib. Bundan sonra ictimaiyyətdə ona yardım kampaniyasına başlanılıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top