“Milli Məclisdə oturanlar əhəmiyyətli işlərlə məşğul olsunlar” — Hafiz Hacıyev

SOSİAL 29 noy 2022, 23:34
“Milli Məclisdə oturanlar daha əhəmiyyətli işlərlə məşğul olmalıdırlar”.

 Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

“Bu gün ölkəmizdə problemlərimiz həddindən artıq çoxdur. Bilirsiniz ki, Naxçıvanda hazırda DTX-nın əməliyyatı keçirilir. Həmçinin, ermənilər bu saat Xankəndini “artsax” elan ediblər. Yaxşı olardı ki, Milli Məclisdəkilər əhəmiyyətli məsələlərə diqqəti çox ayırsınlar! Məşədi İbad demişkən “Heç yeridir?”.  Ayıbdır eee!  Ölkəmizdəki vəziyyəti təhlil etsinlər!

Görsünlər ki, bu Naxçıvandakı nə vəziyyətdir, Xankəndidə ermənilər at oynadırlar, milyarder Vardanyan orada özü üçün “Artsax respublikası”elan edir. Qarabağda vəziyyəti gərginləşdirir. Onu qoyublar qırağa, bunu elan edək, onu elan edək. Nolub ki, niyə dəyişdirməliyik nəyisə? Təbrizi aldıq? Yoxsa, İranda nə hadisə oldu?!

Düşünürəm ki, bu cür yersiz məsələlərə əhəmiyyət verməyə dəyməz və getsinlər, daha vacib işlərlə məşğul olsunlar!”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top