"Cəmiyyətimiz cinayətkarları özünə kumir seçir" — Psixoloq

SOSİAL 29 noy 2022, 23:06
“Son baş verən hadisələr bir daha onu göstərir ki, cəmiyyətimizdə aşırı dərəcədə aqressiya var. Empati bacarığının aşağı düşməsi, mənəvi aclığın olması və s. bunlar hamısı daxilən bizi şəxsiyyətin formalaşmasında problemlərlə üzləşdirir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Psixoloqun sözlərinə görə, cəmiyyətimiz mənfi xarakterli obrazları artıq özünə kumir seçməkdədir.

“Burada da təbii ki, serialların, eləcə də sosial şəbəkədə “qəhrəman” etdiyimiz obrazların rolu çox böyükdür. Çünki biz cəmiyyət olaraq kimi “qəhrəman” seçiriksə, onun xarakterində də yeni cəmiyyət formalaşır. Yəni, yeniyetmələr və uşaqlar o xarakterdə formalaşır. Eləcə də, psixoloji həssas insanlar özünü həmin obrazda istər cəmiyyətdə, istərsə də ailədə aparmağa başlayırlar. Çox təəssüf ki, biz kumiri mənfi obrazlardan seçdikcə, bu kimi neqativ hallarda bizim başımıza gələcək. Bu faciələrin qarşısı alınmayacaq. Bu gün insan qətl etmək, insan canı almaq, insan öldürmək, bir insanı təhqir etmək, onu əzmək artıq qəhrəmanlıq kimi qələmə alınır. Bu gün biz kimisə əzərək özümüzü daha üstün hesab ediirk. Bu da mənəvi aclığımızdan irəli gəlir. Mənəvi aclığı isə bir insanın xarakterində çox mənfi realizə  edir. Çünki mənəvi ac insan özünü tapa bilməyəndə  istər-istəməz başqasını əzərək özünü təsdiq etməyə çalışır. Bu isə həmin şəxsi cinayətkar olmağa gətirib çıxardır. Ailədaxili aqressiya da cəmiyyətin sağlam formalaşmasına təsir edir. Ailədə əgər aqresiyya varsa, şəxslərin özündə problem varsa, bu problemləri həll etmədikcə ,özləri ilə olan savaşı bitirmədikcə təbii ki,ətrafdakılara da təsir edəcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top