16 yaşlı Turanın ölümündən istifadə edənlərə qohumlarından cavab: “Ölçü götürüləcək”

GÜNDƏM 29 noy 2022, 18:32
Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ailə yaxınları adından pul toplanmasına dair paylaşımlara qohumlarından reaksiya gəlib.

Turanın Oxu.Az-a açıqlama verən yaxınları bildiriblər ki, ailədən heç kimin maddi dəstəyə ehtiyacı yoxdur və bununla bağlı heç bir kampaniya başladılmayıb:

“Ailənin adından bir çox şəxslərə maddi durumun aşağı olması barədə mesajlar yazırlar. Pul istəyirlər. Turanın nə bacısının, nə də başqa bir ailə üzvünün maddi yardıma ehtiyacı var. Xahiş edirik, heç kim bu cür paylaşımlara aldanmasın. Həmin şəxslərlə bağlı aidiyyəti qurumlara da məlumat verilib. Onlar barəsində hüquqi müstəvidə ölçü götürüləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top