Komitə sədri azərbaycanlı milyonçulara ÇAĞIRIŞ ETDİ

SOSİAL 29 noy 2022, 12:24
“Sentyabrın 1-də Xankəndiyə gələn Ruben Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə kabinet formalaşdırması göstərir ki, bölgəyə qaranlıq gündəliklə gələn bu adam sərvətini yeni separatizm hərəkatına qoyur”.

Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

"Onun dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir. Bizi xaricdə yaşayan milli iş adamlarımızın azad olunan torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına uyğun sərmaye qoymaması da narahat etməlidir.

Azərbaycanlı milyonçular xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə və yarış naminə deyil, azad ərazilərə investisiya qoyub qazanmaqdan ötrü onlar qayıdışa hazırdılarmı?

Hökm deyil ki, nazir vəzifəsinə gəlsinlər, bəlkə, dövlət onlara yerli hakimiyyətdə vəzifə də tapşırar. Bəllidir ki, Qarabağ və azərbaycanlı genetikalı yüzlərlə milyonçu var, lakin bölgə mənsubiy/yətinə görə deyil, Vətən müharibəsində olduğu kimi “Böyük qayıdış”da da bir millət kimi hərəkət etmək daha önəmlidir”, - deyə komitə sədri çağrış edib./modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top