Zaur onu polisə verən xalq artistindən üzr istəyib

ŞOU-BİZNES 29 noy 2022, 11:20
Aparıcı Zaur Kamal onu polisə şikayət edən Xalq artisti Könül Xasıyeva barədə danışıb.

Demokrat.az
olay-a istinadla xəbər verir ki, bu haqda aparıcı özünün , “Həmin Zaur” verilişində söz açıb.

Z. Kamal bildirib ki, mübahisə həll olunub və küsülülük yoxdur:

“Bu gün Xalq artistimizlə görüşüb söhbətləşdik. Hər şeyə aydınlıq gətirdim, qucaqlaşıb öpüşdük. Bizim ana-bala münasibətimiz var. Üzrxahlıq da etdim. Bu məsələ bitib, başqa don geyindirmək lazım deyil. O, bizim canlı əfsanəmizdir”. 

Qeyd edək ki, Bakupost-un xəbərinə görə, Xasıyeva Zaurun elə həmin verilişdə onun valideynləri haqda söylədiyi fikirləri əsas götürərək bir il sonra aparıcını polisə şikayət edib.

Onu da bildirək ki, Z.Kamal məsələni təsdiq edib:

“Burada günahım yoxdur. Bakupost-a istinadən sual verdim, həmin verilişdən sonra iki dəfə efirimizə gəlib. Üstündən bir il keçəndən sonra bu məsələ ilə bağlı polisə müraciət edib. Bunun da səbəbi nədir, Könül xanımın fikri nədir, bilmirəm. Demişdim ki, efirdə 10 dəqiqə gecikmə var, narazı olsanız, kəsərik. Heç nə etməyib, sonra da bu səbəblə üstümüzə gəlib. Polis məsələni aydınlaşdırır. Sual vermişəm, cavab almışam. Bir ildən sonra niyə müraciət edib, başa düşə bilmirəm”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top