Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı

GÜNDƏM 28 noy 2022, 23:12
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, general-leytenant Ə.Əhmədov bu gün günorta saatlarında həbsdən azad edilib.

Hazırda vəziyyəti pis olduğu üçün Naxçıvanda xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov bu günlərdə azad olunması üçün Ali Məhkəməyə kasasiya şikayəti verib.

Xatırladaq ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.O, 2017-ci ildə vəzifəsindən azad olunduqdan sonra həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top