Jirinovskinin şok çıxışı yayıldı: İran 6 yerə bölünəcək, Böyük Azərbaycan yaranacaq — VİDEO

REGİON 28 noy 2022, 16:20
İranda aylardır davam edən etirazlar fonunda Rusiya Liberal Demokrat Partiyasının keçmiş lideri Vladimir Jirinovskinin bir neçə il əvvəl İranla bağlı səsləndirdiyi fikirlər yenidən gündəmə gətirilib.

Demokrat.az
xəbər verir ki, o, çıxışında İranın içindən tamamilə dağılacağını qeyd edib.

“İran parçalanandan sonra yerində Böyük Azərbaycan yaranacaq. Xuzestan ərəb ölkələrinin biri ilə, misal üçün İraqla birləşə bilər. Türkmənlər Aşqabadla birləşərək Böyük Türkmənistan yaradacaq. Kürdlərsə İraq və ya Suriya kürdləri ilə birləşəcək. Bəlucistan, nəhayət, azadlıq əldə edəcək. Onlar bunu çoxdan gözləyirdilər. Yəni, keçmiş Yuqoslaviya kimi, altı yerə bölünəcəklər”, - o, çıxışında bildirib.

Qeyd edək ki, Jirinovski aprel ayında ölüb.

Axar.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top