Kim Çen In qızı və nüvə raketi ilə gələcək nəsillərə mesaj göndərdi — FOTO

DÜNYA 28 noy 2022, 14:36
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In qızı Cu E ilə nüvə başlığı daşıya bilən “Xvason-17” (“Hwasong-17”) qitələrarası strateji raketin önündə şəkil çəkdirib.

Ekspertlərin fikrincə, Kim Çen In bu yolla nüvə silahının KXDR üçün gələcək nəsilləri qorumaq üsulu olduğunu göstərməyə çalışır. Həmçinin bildirilir ki, Cu Enin kadrda görünməsi onun ölkə liderinin varisi olacağından xəbər verir.

Xatırladaq ki, KXDR lideri noyabrın 18-də “Xvason-17” tipli qitələrarası ballistik raketi buraxılışına həyat yoldaşını və qızını da aparmışdı.

Qeyd edək ki, 15 min km mənzilli “Xvason-17” raketi 2-3,5 ton ağırlığında bir neçə döyüş başlığı daşımağa qadirdir. Raketin dəqiq xüsusiyyətləri məlum deyil./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top