İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 318-ə çatdı

DÜNYA 26 noy 2022, 22:53
İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 318-ə çatıb.

Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, 7700-dən çox insan xəsarət alıb, 73 mindən çoxu isə təbii fəlakətin nəticələrinə görə hələ də öz evlərinə qayıda bilmir.

Xatırladaq ki, Yava adasında zəlzələ noyabrın 21-də baş verib.

Zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top