Kukla Teatrında nə baş verir? — VİDEO

MƏDƏNİYYƏT 26 noy 2022, 21:55
Mədəniyyə Nazirliyinin müvafiq əmrinə əsasən, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında noyabrın 21-dən etibarən yoxlamalara başlanılıb. Yoxlamanın nə zaman yekunlaşacağı isə hələlik məlum deyil.

Baku TV-nin əməkdaşı məsələnin nə yerdə olduğunu öyrənmək üçün Kukla Teatrına üz tutub.

Teatrın sözçüsü Həmidə Rüstəmova mövzu ilə bağlı açıqlama verib:

“Bizi narahat edən məqam yoxlamanın vaxtının uzadılmasıdır. Yəqin bu, onların iş qrafikinə, yaxud iş templərinə görədir. Dünən kütləvi informasiya vasitələrində belə bir informasiya dolaşdı ki, yoxlamanın müddəti uzadılıb, əlavə mütəxəssislər cəlb olunub. Məlumat üçün deyim ki, nə vaxtın uzadılması, nə də əlavə mütəxəssislərin cəlb edilməsi ilə bağlı bizə əlavə əmr gəlməyib”.
Mədəniyyət Nazirliyinin sözçüsü Nuridə Allahyarova da məsələyə münasibət bildirib:

“Kukla Teatrında Mədəniyyət Nazirliyi tərəfindən aparılan yoxlamalarda ajiotaja səbəb olacaq hər hansı bir məqam görmürük”.

Qeyd edək ki, Mədəniyyət naziri Anar Kərimovun noyabrın 18-də imzaladığı əmrlə Kukla Teatrında yoxlama başlayıb. Yoxlamanın noyabrın 25-də bitəcəyi gözlənirdi.

Daha ətraflı süjetdə:
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top