“Məni qızıl qutuya salıb dünyanı gəzdirin, yenə də kəndi sevəcəyəm...”

ŞOU-BİZNES 26 noy 2022, 10:41
“Bacılarımın da yaxşı səsi olub, amma onlar oxumadılar”
 
“Mən kənddə böyümüşəm. Bunun nəyi pisdir ki? Mən bu gün arxaya onlara görə baxıram. Xoşbəxt oluram, yaşayıram. Qarşıda bilmirəm ki, məni nə gözləyəcək?! İstərdim ki, bu gün yenə də o günlər olsun, anam desin ki, get su gətir, atam çağırsın ki, get otları, samanları dama yığın. Kaş o vaxtlar olardı. Həmişə deyirəm ki, məni qızıl qutuya salıb, dünyanı gəzdirin, kənddən aldığım zövqü heç yerdən almıram”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış xanəndə, əməkdar artist Elnarə Abdullayeva deyib. O daha sonra ailə üzvlərinin də gözəl səsi olduğunu bildirib.

“Bacılarımın da yaxşı səsi var idi, amma nədənsə onlar oxumadılar. Ayrı-ayrı sahələrdədir. Müəllimə olanı da var, evdar xanım olanı da. Oxusaydılar sözsüz ki, oxuyanların ən yaxşısı olardılar. Öz evimizin içində oxuyurduq. Rəhmətlik atamın da gözəl, şirin, yanıqlı səsi olub. Qismət mənim imiş ki, müğənni oldum. Sevinirəm ki, mən heç bir yaxınımın, valideynimin üzünü qara etmədim, Allah məni çox istədi. Bu günümə şükür edirəm” deyə xanəndə bildirib.
 
Elnarə Abdullayeva ailə həyatından da danışıb.

“Ocağı isti saxlayan, ailəni bir yerə yığan ağbirçək və ağsaqqaldır. Amma elələri də var ki, çalışır ki, ailəni pərəm-pərəm salsın. Bütün ailə bir yerə yığışanda dünyanı sanki mənə verirlər. Gənc qızlara da tövsiyyə edirəm ki, əgər ər evini ocaq edəcəksinizsə gedin. Qaynana-qaynata gəlinə necə mane ola bilər ki? Ancaq kömək edə bilər. Çox şükür, mən hər zaman onlardan özümə qarşı böyük diqqət və qayğı görmüşəm. Gəlinin düşdüyü yerə ocaq olar” deyə xanəndə bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top