Xerson yenidən atəşə tutuldu

DÜNYA 24 noy 2022, 23:23
Rusiya qoşunları Xersonu yenidən atəşə tutub, nəticədə hündürmərtəbəli bina yanıb, hazırda dörd ölü və altı yaralı var.

Demokrat.az "Ukrinform" a istinadən  xəbər verir ki, bu barədə Telegram -da Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç məlumat verib.

"Saat 17:00 radələrində rus işğalçıları artilleriya və zenit atəşindən şəhərin yaşayış məntəqələrini atəşə tutublar. Atışma nəticəsində hündürmərtəbəli bina yanıb. Düşmən mərmiləri uşaqların oyun meydançasına da düşüb. Ölən və yaralılar var”, - Januşevayç yazıb.

O bildirib ki, Xersonda düşmənin atəşi nəticəsində Tavriyski mikrorayonunda da dağıntılar var , rus qoşunları yaşayış məntəqələrini atəşə tutmağı intensivləşdirir.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top