Ceyhun Bayramov: "Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir"

GÜNDƏM 24 noy 2022, 22:04
"Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq regionda kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atır. Bu xüsusda, Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir. Bu, bölgənin tam potensialından istifadəyə, həm də sülh quruculuğu prosesinə mühüm töhfə verə bilər", - nazir qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top