Ceyhun Bayramov: “Ermənistan Azərbaycan ərazilərində basdırdığı minaları Laçın dəhlizindən daşıyıb”

XARİCİ SİYASƏT 24 noy 2022, 17:16
“Ermənistan 2021-ci il istehsalı olan və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırdığı minaları Laçın dəhlizindən daşıyıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan Üçtərəfli Bəyanatın bəzi müddəalarını yerinə yetirmir:

“Yenə də Azərbaycan ərazisində minalar aşkarlanıb. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi qəbuledilməzdir. 2021-ci il istehsalı olan minaların daşınması Laçın dəhlizi vasitəsilə həyata keçirilib”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top