Kamran Əliyev işgəncə faktlarından danışıb

SİYASƏT 24 noy 2022, 17:42
Baş prokuror Kamran Əliyev saxlanılan şəxslərə qarşı işgəncə verilməsi faktları ilə bağlı suallara münasibət bildirib. 

Oxu.Az xəbər verir ki, bu barədə Kamran Əliyev Elmi Məsləhət Şurasının bu gün keçirilən iclasında çıxış edərkən danışıb. 

O bildirib ki, əsasən məhkəmə istintaqı zamanı işgəncə faktları ilə bağlı təqsirləndirilən şəxslər ifadə verirlər:

“Adətən, narkotik cinayətlərinə görə saxlanılan şəxslər saxlanıldıqları zaman və istintaq dövründə işgəncələr gördükləri ilə bağlı ifadələr verirlər. Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özlərini kənarda saxlamaq niyyəti ilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə araşdırılmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top