"Ermənilərin Şuşanı atəşə tutmağa Qarabağdakı rusiyalı hərbçilər təşviq ediblər"

GÜNDƏM 23 noyabr 2022, 21:44
Erməni separatçılarını Şuşanı atəşə tutmağa Qarabağdakı rusiyalı hərbçilər təşviq ediblər, onlar isə təlimatı Moskvadan alıblar. Bu təxribatın məqsədi odur ki, bölgədə Rusiya hərbi missiyasının vaxtı daha da uzadılsın.

Kremlin məntiqinə görə, əgər Qarabağda tərəflər müharibədən sonra da bir-birlərinə atəş açırlarsa, deməli “Rusiyanın azərbaycanlılarla ermənilər arasında hakim rolunda çıxış etməsinə hələ uzun müddət ehtiyac var”.

Bizim Kremlin “məntiqinə” qarşı arqumentimiz bu olmalıdır: “Sizin “hakimliyiniz” Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına maneədir. 3 ildən sonra bölgəni tərk etməyə hazırlaşın. Ancaq buna qədər erməni separatçılarının tərksilah edilməsi Azərbaycanın haqqıdır”.

Elxan Şahinoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top