“Ana olmağın psixoloji yaşı varmı?” — AÇIQLAMA

SOSİAL 22 noy 2022, 23:33
“Bütün valideynlər birinci növbədə övladlarına təlim, tərbiyə və təhsili təbliğ etməlidir. Təhsilin övlad həyatında böyük rol olduğu aşılanmalıdır. Yəni, övlad bunu gələcəkdə istifadə etsə də, etməsə də təhsilin önəmli olduğunu bilməlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında həkim psixoloq Zeynəb Eyyubova deyib. Həkimin sözlərinə görə, ailə anlayışını dərk edə bilməyən qızlar uğurlu ailəyə də sahib ola bilmirlər.


“Ümumiyyətlə, erkən yaşda ana olan qızların həm bədəni, həm də psixoloji durumu buna hazır olmalıdır. Əgər buna hazır olmasa, o zaman ana kimi öz  uşağına süd vermək, böyütmək qabiliyyəti də olmur. Ananın beyni o səviyyədə inkişaf etməlidir ki, uşağına baxa bilsin. Adətən, erkən ana olan qadınların sonradan uşaqlarından imtina etmək, uşaq evlərinə vermək, uşaqlarına düzgün tərbiyə verə bilməmək halları çox olur. Ümumiyyətlə, ana olmağın yaşı barəsində elə bir qayda yoxdur. Sizə bir missal göstərim. Bu gün elə xanımlar var ki, 25 yaşı var, amma o ana olmağa psixoloji cəhətdən hazır deyil. Başqa bir qız da var ki, 18 yaşı var və ana olmağa hazırdır. Əgər söhbət psixoloji hazırlıqdan gedirsə, hər bir insanın individual həyatına baxmaq lazımdır. İstənilən bir insan yaş fərqi olmadan həmin dövrdə hansısa depresiyaya düşə bilər, yəni bunun olmasının yaşla əlaqəsi yoxdur. Sadəcə bizim valideynlərə tövsiyəmiz odur ki, hər şeyin münasib vaxtında olması daha məqsədəuyğundur. İlk növbədə gənclərə təhsilin verilməsi önəmlidir”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top