Oktyabrın sonunda keçiriləcək "Mecum" hərracında qeyri-adi lot satışa çıxarılacaq. Bu, film çəkilişləri üçün xüsusi olaraq modifikasiya edilmiş üç "Range Rover" avtomobilindən ibarətdir.
Demokrat.az auto.ru-ya istinadən xəbər verir ki, bu avtomobillər 2019-cu ildə çəkilmiş "Forsaj: Hobbs və Şou" filmində istifadə edilib.
Məlumata görə, "Range Rover"lər o vaxtdan bəri bərpa olunmayıb və çəkiliş meydançasındakı orijinal vəziyyətində qalıb.
Kaskadyor səhnələri üçün nəzərdə tutulan bu avtomobillər 4.4 litrlik V8 mühərriklə təchiz olunub. Həmçinin yolsuzluq səhnələri üçün onların bamperləri gücləndirilib, əlavə işıqlandırma sistemləri quraşdırılıb. (Oxu.az)