“Yeni dünya nizamı və təhlükəsizlik sistemi qurulur”

SİYASƏT 21 noyabr 2022, 14:06
“Fransanın son davranışları Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasında, o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən Brüssel, Praqa proseslərinə ciddi zərbədir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat vurğulayıb ki, əksinə bu, regionda yeni gərginliyin yaranmasına səbəb olur və Ermənistanı təhrik edir ki, düşmənçiliyini davam etdirsin. 
“Əgər Fransa və digər destruktiv xarici qüvvələr olmasaydı, çoxdan sülh müqaviləsi imzalanacaqdı. Əfsuslar olsun ki, ermənilər, tarixdən düzgün nəticələr çıxarmaq istəmir, böyük güclərin əlində alət olmaqda davam edirlər. Ancaq düşünmürəm ki, Fransanın beynəlxalq hüquqa zidd, qərəzli qərarları Avropa İttifaqına daxil olan əksər ölkələr tərəfindən dəstəklənsin. İndiki vəziyyətdə Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda son dərəcə maraqlıdır. Azərbaycan Aİ-n enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Şərq-Qərb arasında, nəqliyyat-logistika imkanlarımızdan Avropa Birliyi yararlanır. Yeni dünya nizamı, təhlükəsizlik sistemi qurulur. Biz də Azərbaycan olaraq, qardaş, dost ölkələrlə birlikdə, qlobal çağırışlara uyğun siyasətimizi quracağıq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top