“Qızıl top”un son sahibi DÇ-2022-də iştirak etməyəcək — SƏBƏB

İDMAN 20 noy 2022, 13:18
İspaniyanın "Real" futbol klubunun və Fransa yığmasının hücumçusu Kərim Benzema zədə səbəbindən dünya çempionatında iştirak edə bilməyəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə bazar günü Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Qızıl top"un son sahibi əzələləri zədələndiyi üçün şənbə günü komandanın məşqini tərk etmək məcburiyyətində qalıb.

"Bu dünya çempionatının karyerasında əsas məqsədi olan Kərimə təəssüf edirəm. Fransa millisi üçün bu itkiyə baxmayaraq, mən öz komandama güvənirəm. Bu böyük sınaqdan tab gətirmək üçün hər şeyi edəcəyik", deyə Fransa millisinin baş məşqçisi Didye Deşam açıqlama verib.

Xatırladaq ki, Pol Poqba ("Yuventus”) və Nqolo Kante ("Çelsi”) də zədə səbəbindən Fransa yığmasının tərkibində dünya çempionatında iştirak edə bilməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top