Azərbaycanda tələbələr arasında kütləvi DAVA — Ölən və yaralananlar var

HADİSƏ 18 noy 2022, 08:30
Lənkəranda tələbələr arasında kütləvi dava olub.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, tələbələr arasında baş verən kütləvi dava ölümlə nəticələnib.

İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Həkim Rəşad Fərzullayev APA-ya bildirib ki, xəstə kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. O, əməliyyat zamanı dünyasını dəyişib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top