Ronaldonun posteri "Old Trafford" stadionundan götürülüb — VİDEO

İDMAN 17 noy 2022, 10:27
İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldonun nəhəng posteri "Old Trafford" stadionundan götürülüb.

Demokrat.az
xəbər verir ki, plakat arenanın şərq stendində, "qırmızı şeytanlar"ən əfsanəvi baş məşqçiisi Mett Basbinin heykəlinin arxasında yerləşirdi.

Portuqaliyalı hücumçu daha əvvəl qalmaqallı müsahibəsində klub rəhbərliyini tənqid etmiş, həmçinin baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.

Qeyd edək ki, Kriştianu Ronaldo bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. 37 yaşlı forvard 2003 - 2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top