Bu təhsil şöbəsinin müdiri vəzifədən azad edildi

SOSİAL 16 noy 2022, 19:36
Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib.

İlkin məlumata görə, Q. Əliyev onunla bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən uzaqlaşdırılıb.

Məlumat üçün bildirək ki, Q. Əliyev Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun dönəmində birinci müavin vəzifəsində çalışıb.

Alimpaşa Məmmədovun həbsi zamanı Qüdrət Əliyev də dindirilib.

Daha sonra isə Q. Əliyev Şəmkir rayon Təhsil şöbəsinə rəhbərlik edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top