"Fransa Senatının qətnaməsi insan hüquq və azadlıqlarına hörmətsizlikdir”

GÜNDƏM 16 noy 2022, 19:21
“Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi insan hüquq və azadlıqlarına hörmətsizlik, ölkəmizə münasibətdə ikili standartların açıq formada təzahürüdür. Bu qərardan sonra Fransanın hüquq və azadlıqlardan danışmağa, haqq və ədalətdən dəm vurmağa mənəvi haqqı yoxdur. Fransa bu addımı ilə təcavüzkarın yanında olduğunu bir daha sübut etdi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. Jurnalist bildirib ki, məlum qərardan sonra Fransanın Qarabağ münaqişəsilə bağlı danışıqlarda iştirak etməsi mümkün deyil. Çünki qərəzli davranışı ilə ziddiyyətlərin dərinləşməsinə “töhfə” verə bilər:

 “Hesab edirəm ki, Fransa danışıqlar masasından qovulmalıdır. Bununla bağlı bir jurnalist, bir QHT rəhbəri olaraq Azərbaycan hakimiyyətinə müraciət edirəm. Mənim kimi düşünənlərin sayının milyonlarla olduğunu nəzərə alıb, bu barədə qərar qəbul etmək lazımdır. Fransa qərəzli, xəbis, ikiüzlü siyasətindən imtina etməyənə kimi Azərbaycanla eyni masa arxasında əyləşə bilməz”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top