İstanbuldakı terrorun anbaan görüntüləri — YENİ VİDEO

REGİON 16 noy 2022, 12:26
Noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin Taksim meydanında terror törədən qadının yeni görüntüləri yayılıb. 

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, görüntülərdə terrorçu Ahlam Albashırın Taksim meydanına gəlməyi və bombanı yerləşdirdikdən sonra hadisə yerindən uzaqlaşdığı əks olunub.

Təhlükəsizlik kameralarına düşən görüntülərdən terrorçunun çiynində çanta, əlində isə paket olub.

Çadıra ilə üzwnü gizlətməyə çalışan terrorçu yerli saatla 15:29-da kafenin qarşısında görünüb. Sonra isə yaxınlıqdakı oturacaqların birində əyləşib.

Hadisə noyabrın 13-də yerli vaxtla saat 16:14-də baş verib. Partlayışdan dərhal sonra qadın qaçmağa başlayıb.

Terrorçunun saat 16:17-də bir hotelin qarşısından keçdiyi də təhlükəsizlik kameralarına düşüb.

Qeyd edək ki, terror hadisəsi nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top