“İran qoşunun Zəngəzura girişinin qarşısını nə aldı?” — SENSASİON AÇIQLAMA (VİDEO)

REGİON 14 noy 2022, 22:51
“Bu gün İran Azərbaycana bir saylı təhdiddir, Ermənistandan öndədir, Rusiyadan öndədir. Bunu bilməliyik. Bu, indi ortaya çıxmadı, bu, yüzillərdir var. Bu, 31 ildir var, istiqlalımızdan bu yana var”.

Demokrat.az xəbər verir ki, bu sözləri Müsavat TV-nin efirində Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.  

R.Arifoğlu hesab edir ki, Azərbaycan İranın əlindəki maşanı düşürdüyündən, onların da maskası açıldı:

Ermənistanı vurduq sıradan çıxardıq. Ona görə, İranın maskası açıldı, özü gəlir. Erməmistanın yerinə özü üstümüzə gəlir. Daxilində problem olmasaydı, Zəngəzura qoşun yeritmək istəyirdi. 25 kilometr dərinliyə Ermənistanla bərabər Qafana qoşun yeritmək istəyirdi. Orada Rusiya amili də var, o da mane oldu, içəridəki proses də mane oldu. İndi gör, Allahın işinə bax, iki pisdən biri - Rusiya balanslaşdırmaq üçün bizə lazımdır ki, İranı balanslaşdırsın. Fikir verin, dünyanın iki pisliyi Azərbaycanla qonşudur. Azərbaycan dünyada yeganə dövlətdir ki, iki pisliklə qonşudur. Şimalda Rusiya, cənubda İran. İndi biz şimal təhdidini İranı balanslaşdırmaq üçün istifadə etmək məcburiyyətindəyik".

Zamiq
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top