Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə başsağlığı verib

XARİCİ SİYASƏT 14 noy 2022, 13:33
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin İstanbul şəhərində törədilmiş partlayışla əlaqədar qardaş ölkənin daxili işlər naziri Süleyman Soyluya başsağlığı məktubu göndərib.

Bu barədə FHN məlumat yayıb.

Xəbərə görə, nazir partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top