Rəşad Dağlının oğlu MÜRACİƏT ETDİ: görsəniz... — FOTO

SOSİAL 14 noyabr 2022, 08:43
İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta Instaqram hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.

Demokrat.az
xəbər verir ki, bu barədə meyxanaçının və oğlu Yusifin “Instaqram” səhifələrində məlumat paylaşılıb.

Yusif qeyd edib ki, onun "Tik-Tok" profili yoxdur və heç kimə yardım müraciəti etməyib.

Məsələ ilə bağlı Rəşad Dağılının vəkili də açıqlama yayıb. Vəkil yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi olmadığını deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top