Ukrayna Xersondan çəkilən Rusiya qoşunlarını atəşə tutdu — ANBAAN VİDEO

REGİON 12 noy 2022, 11:56
“Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda Rusiyanın 55 hərbçisini, habelə iki tank, üç özüyeriyən “Msta-S” haubitsasını və bir sursat anbarını məhv edib”. 

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna hərbi komandalığı məlumat yayıb. 

Bildirilib ki, Xerson vilayətində 30-dan çox Rusiya hərbçisi həlak olub, 2 tank və 4 yük maşını məhv edilib. 

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun geri çəkildiyi Xerson əyalətinin 3000 kvadratmetrdən çox ərazisinə nəzarəti bərpa edib. Eyni zamanda Ukrayna ordusu Xersondan çəkilən rus qoşunlarını atəş altında saxlıyır. 

Həmin görüntüləri təqdim edirik: 


Bizim.media

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top