Allahşükür Paşazadə Nizami Mərkəzini ziyarət etdi

DAXİLİ SİYASƏT 11 noy 2022, 22:36
Qafqaz Müsəlmanlarının Şeyxi, Şeyxülislam Allahşükür Paşazadə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə səfər edib.

Mərkəzdən Demokrat.az-a verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində baş tutan görüşdə Şeyx Həzrətləri ilk öncə Mərkəzin nəzdində yığılan və İslam dininə və Nizami Gəncəvi irsinə aid nadir nüsxələr, bir sıra dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini özündə cəmləşdirən kitabxana ilə tanış olmuşdur. Mərkəz dünyanın ən büyük kitabxanası olan Misirin İskəndəriyyə Kitabxanası, Metropolitan, Topkapı Sarayı, Viktoriya və Albert kimi məşhur müzeylərdən əldə etdiyi Nizami Gəncəvinin Xəmsəsinə aid qədim əlyazmalar Şeyxülislamın diqqətinə təqdim etmişdir.

Görüş zamanı Şeyx Həzrətləri Şeyx Nizami irsinin, onun şeiriyyatının, aydın məntiq və şüurunun əlçatmaz olduğunu qeyd etmiş və onların bəşəriyyətin dünyanın mənəvi inkişafında mühüm rol oynadığını bildirmiştir.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, “Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təmsil edən siyasi və içtimai şəxslərin siyasi və ictimai sahədən alimlərin, siyasətçilərin və dünya liderlərindən ibarət olması Mərkəzin gördüyü işləri daha da qiymətli edir. Vurğulamaq istərdim ki, Azərbaycanın 30 illik əsarətdən sonra torpaqlarımızın azad olunması uğrunda verdiyi mübarizədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri bütün dünyaya haqq səsimizin çatdırılmasında mühüm rol oynadı.”

Görüşdə iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş-katibi Mərkəzin fəaliyyəti barədə qonaqları məlumatlandırıb. Belə ki, Mərkəzin dünyadaki çağırışları müzkirə etmək və onların həlli yollarını araşdırmaq məqsədi ilə dövrümüzün ən görkəmli adamlarını və nüfuzlu ekspertlərini bir araya toplamaqla tərəfdaşlıq etdiyi növbəti BMT-nin Sivilizasiyalar Alyansının Mərakeşdə keçirəcəyi 9-cu Qlobal Forumu barədə Şeyxülislam Allahşükür Paşazadə ilə fikir mübadiləsi aparılmışdır.

O cümlədən, Mərkəzin Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə elan edilmiş “Nizami ili” çərçivəsində, Nizaminin 880 illik yubileyi ilə əlaqədar nəşr etdirdiyi “Qələmin Sehri” – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar kitabının xüsusi nəşri Şeyxə təqdim edilmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top