“Əliyev bunu deyibsə, edəcək” — Qriqoryan

SİYASƏT 11 noy 2022, 21:32
İlham Əliyev Şuşadakı çıxışı zamanı qeyd etdi ki, 2025-ci ildə Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılar regionu tərk edəcək. Ermənistan tərəfi əlbəttə ki, “bu, sadəcə populizmdir” deyib bu məsələni bağlamaq istəyərdi. Lakin tarix bizə sübut edib ki, Əliyev dediklərini edən liderdir.

Demokrat.az
xəbər verir ki, bu fikirlərlə erməni siyasi analitik Qalust Qriqoryan çıxış edib.

“Yadınıza çox da uzaqda olmayan bir tarixi salın. Qəbələ RLS Rusiya üçün Cənubi Qafqazda çox vacib bir strateji obyekt idi. Əliyev onu da Azərbaycandan çıxara bilmişdi. İndi o, açıq-aydın Rusiyaya da mesaj verdi – az qalıb, 2025-ci ildə sülhməramlılar regiondan çıxarılacaq”, - deyə o qeyd edib./Axar.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top