Azərbaycan da, Ukrayna kimi, təcavüzkar yox, qurbandır — Ukrayna mediası

MEDİA 11 noy 2022, 09:18
Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə Azərbaycanın 30 il Ermənistanın işğalı altında olan ərazilərini geri qaytarmaq üzrə fəaliyyətini müqayisə etmək cəhdləri tarixi faktların təhrifindən başqa bir şey deyil.

Demokrat.az
xəbər verir ki, bu barədə Ukraynanın bir sıra KİV-lərinə məqalələr yer alıb.

Ukrayna televiziyasının "Kanal 5" verdiyi məlumata görə, payızın əvvəlindən erməni diasporunun nümayəndələri, eləcə də onların təsiri altına düşən Fransanın bəzi siyasətçiləri və bələdiyyə xadimləri Azərbaycanın Rusiya Federasiyası ilə və Ermənistanın Ukrayna ilə eyniləşdirilməsini təbliğ etməyə başlayıblar.

Qeyd olunur ki, onlar Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə Azərbaycanın 30 il ərzində Ermənistanın işğalı altında olan ərazilərini geri qaytarmaq üzrə hərəkətlərini müqayisə etməyə çalışırlar. "Lakin real vəziyyət tam əksinədir və burada bunu sübut edən faktlar var", - deyə "Kanal 5" bildirir.

Öz növbəsində, "UNIAN" xəbər agentliyi qeyd edir ki, Rusiya Federasiyasının vaxtilə Ukrayna ərazisinin təxminən 20 faizini işğal etdiyi kimi, Rusiya ordusunun 366-cı alayının və 622-ci ayrı müdafiə batalyonunun iştirakı ilə erməni silahlı birləşmələri Azərbaycanın suveren ərazisinin 20 faizini işğal edib.

"Şərqi Ukraynanı işğal etmək üçün Donbassın rusiyapərəst separatçılarından istifadə edildiyi kimi, Ermənistan da Rusiya Federasiyasının silahlı qüvvələrinin iştirakı ilə Qarabağdakı erməni separatçılarına arxalanaraq Azərbaycan torpaqlarını işğal edib. Ukraynaya qarşı təcavüzün milyonlarla ukraynalı qaçqını didərgin saldığı kimi, Qarabağda azərbaycanlılara qarşı təcavüz də onların bir milyondan çoxunu öz dğma yurdunu tərk etməyə məcbur edib. Bu rəqəm BMT Baş Assambleyasının 23 mart 1994-cü il tarixli qətnaməsində yer alıb. Onu da xatırladaq ki, hərbi münaqişələrdə minlərlə mülki azərbaycanlı həlak olub", - deyə "UNIAN" qeyd edir.

“KP Ukraynada”, Podrobnosti.ua, Comments.ua, Rupor, DSnews.ua və Bagnet kimi tanınmış Ukrayna portalları oxşar sübutlara istinad edərək belə qənaətə gəliblər ki, bütün bu faktlar təcavüzkarın Bakı deyil, məhz İrəvanın “Böyük Ermənistan” layihəsi ilə olduğunu sübut edir./Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top