"Universitetlərə qəbulu asanlaşdıraq" — Deputatdan təklif

SOSİAL 10 noy 2022, 18:09
Təhsil məsələləri həmişə gündəmə gətirilir. Mövzumuz universitetlərimizin beynəlxalq reytinqlərdə yeridir. Beynəlxalq reytinqlər sadəcə bir göstəricidir. O reytinqlərdə niyə olmamağımıza cavab tapmalı və o siyahıya daxil olmaq üçün hansı addımları atmalı olduğumuzu düşünməliyik.
 
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda keçirilən dəyirmi masada deyib.
 
O bildirib ki, elmi-tədqiqat sahəsində, təhsildə, dərsliklərdə, sosial məsələlərdəki problemlər araşdırılmalıdır.
 
Universitetlərdə dərslərin interaktiv keçirilməsinin, praktiki vərdişlərin artırılmasının vacib olduğunu vurğulayan deputat ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsini təklif edib:

 
“Universitetlərin qapılarını açaq, kim ali təhsil almaq istəyirsə, gəlsin. Amma qəbul prosesini asanlaşdırıb, təhsil prosesini çətinləşdirək. Biz təhsilimizi bu baxımdan sağlamlaşdırmalıyıq ki, gələcəkdə problemlər olmasın”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top