İsveçin ən böyük AES reaktoru söndürüldü

DÜNYA 10 noy 2022, 00:25
Noyabrın 9-da turbinin fəaliyyyətindəki problemlər səbəbindən İsveçdəki ən böyük atom elektrik stansiyasının reaktorunun işi dayandırılıb.

“Oskarshamn AES-in 3 saylı reaktoru turbin dayanması səbəbindən elektrik şəbəkəsindən ayrılıb. Nasazlıqların aradan qaldırılması davam edir”, - AES sözçüsü Dezire Lilyeval bildirib.

Məlumata görə, 2022-ci ildə AES-də müxtəlif səbəblərdən artıq bir neçə dəfə nasazlıqlar qeydə alınıb. Hazırda stansiyanın işini nə zaman bərpa edəcəyi məlum deyil.

Xatırladaq ki, İsveçdə altı aktiv reaktoru olan üç atom elektrik stansiyası var. Oskarshamnın üçüncü reaktoru onlardan ən böyüyüdür. Onun gücü 1400 meqavatdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top