Zelenski Xerson vilayətində 4 yeni hərbi administrasiya yaradıb

DÜNYA 09 noyabr 2022, 22:49
Ukrayna Rusiya ordusunun Xersonu döyüşsüz tərk etməsinə dair əlamətləri görmür.

Bu  barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Mixail Podolyak bildirib.

Podolyak qeyd edib ki, Rusiya ordusunun böyük hissəsi Dneprin sol sahilində qalıb və əraziyə əlavə qüvvələr cəlb edilir: "Ukrayna dövləti bəyanatlara deyil, öz kəşfiyyatına inanır".

Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinin yaşayış məntəqələrində 4 hərbi administrasiya yaratmaq barədə fərman imzalayıb. Baş qərargaha sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki hərbi administrasiyaların yaradıldığı ərazilər Dneprin sol sahilində, Rusiya ordusunun nəzarətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top